Polşada 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Leqnitsa şəhərindən 32 km şimalda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.















