• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Poqba DÇ-2022-də oynayacaq

İDMAN

16 Oktyabr 2022 | 01:28 | Müəllif: Subhan Mahmudov

Poqba DÇ-2022-də oynayacaq

Fransa millisinin və "Yuventus"un zədəli futbolçusu Pol Poqba DÇ-2022-də iştirak edə biləcək. 

Bakıvaxtı.az xəbər verir ki. bu barədə "L`Equipe" məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi zədə səbəbindən əməliyyat olunub və bu mövsüm meydana çıxmayıb. Lakin bildirilir ki, Poqba DÇ-2022-yədək zədəsini sağaldacaq. O, maksimum 1 ay meydandan kənarda qalacaq.

Xatırladaq ki, Poqba bu yay "Mançester Yunayted"dən ayrıldıqdan sonra "Yuventus"a keçib. O, 2012-2016-cı illərdə də Turin təmsilçisində oynayıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026