• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Prezident: “Gələn il Şuşanın 270-ci ildönümü qeyd ediləcək”

GÜNDƏM

30 Avqust 2021 | 20:53 | Müəllif: Subhan Mahmudov

Prezident: “Gələn il Şuşanın 270-ci ildönümü qeyd ediləcək”

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edərkən deyib.

Prezident həm də bildirib ki, Şuşa Azərbaycan ruhunu saxlaya bildi:

“Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026