• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident Vətən müharibəsinin başlanması səbəblərindən danışdı

SİYASƏT

29 Sentyabr 2023 | 14:49 | Müəllif: Qalib İbrahimoğlu

Prezident Vətən müharibəsinin başlanması səbəblərindən danışdı

"İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatlı ölkələrin onu gözardına vurması idi".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, bu məsələdə sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan danışıqlar masasında hər zaman konstruktiv idi. “Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq və 44 gün ərzində bunu etdik”, - deyə Prezident əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026