• Bakı 10° C

    12.13 m/s

  • USD - 1.7

    EUR - 1.8808

    RUB - 1.9773

Prezident: Öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq

SİYASƏT

04 Aprel 2025 | 11:08

Prezident: Öz investisiyalarımızla hidroenerji potensialımızı artırırıq

Biz deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rolu oynayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

Bu gün artıq investorlarımızla imzalanmış müqavilələrin olduğunu söyləyən dövlət başçısı vurğulayıb: “Bu, günəş və külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 qiqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, bu, təbii qaza qənaət etmək imkanı yaradacaq. Biz onu məhz daxildə istehlak edirik və onlar ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla öz hidroenerji potensialımızı artırırıq, xüsusən də Şərqi Zəngəzur və Qarabağ bölgələrində. Bu işi Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparırıq”.


SON XƏBƏRLƏR

09 Aprel 2025