• Bakı 21° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Prezidentdən Avropa İttifaqına İRADəlavə qaz istəyir, zəmanət vermir

SİYASƏT

25 Aprel 2024 | 15:46

Prezidentdən Avropa İttifaqına İRAD: əlavə qaz istəyir, zəmanət vermir

“Bakı dünyanın ən çirklənmiş şəhərlərinin birinə çevrilmişdi. Bizdə neft gölləri, neft sızıntıları var idi. Biz ekoloji fəlakət olan bu dəhşətli mirası təmizləmək üçün yüz milyonlarla, hətta milyardlarla dollar xərcləmək məcburiyyətində qalmışdıq. İndi Bakıda gördüklərinizin 10 il, 20 il bundan əvvəl hansı vəziyyətdə olduğunu heç təsəvvürünüzə belə gətirə bilməzsiniz”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda İsveçrənin Cenevrə Universitetində Qlobal Ətraf Mühit Siyasəti Proqramının direktoru Aleksandr Hecazinin sualını cavablandırarkən deyib.

İlham Əliyev deyib ki, bu gün Azərbaycan sabit neft və artan qaz hasilatına malik olmaqla yanaşı, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdirir:

“Bununla əlaqədar bir vacib məsələ Avropada qazıntı yanacağı ilə bağlı qoyulmuş məhdudiyyətlərdir. Biz burada bir ziddiyyət görürük və biz bu məsələni artıq avropalı tərəfdaşlarımız qarşısında qaldırmışıq.

Bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır. Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Beləliklə, biz daha çox investisiya qoymalı idik, daha çox qaz hasil etməli idik, lakin qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün maliyyə institutları ilə bağlı məhdudiyyət var. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxarmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb. Beləliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Çünki belə bir layihə üçün neft və ya qaz boru kəmərlərinin olub-olmamasından asılı olmayaraq, bizim icra etdiyimiz bütün layihələrdə korporativ maliyyələşmə 30 faiz səviyyəsindədir. Qalan hissə borca götürülmüş vəsaitdir”.

Prezident deyib ki, Avropa Azərbaycandan daha çox hasil etməyi və daha çox təchiz etməyi istəyir, amma zəmanət vermir.

“Yeri gəlmişkən, Avropa, Avropada interkonnektorların tikintisi layihələrini də icra edir. Lakin, eyni zamanda, bizə heç bir zəmanət vermir ki, bizim qazımıza uzun müddət ərzində tələbat olacaq. Beləliklə, biz yalnız 5-10 il üçün milyardlarla investisiya yatırıb sonra xərclərimizi geri qaytarmaya bilmərik. Cənub Qaz Dəhlizi və “Şahdəniz” layihəsinin 2-ci mərhələsinə yatırılmış investisiyalar bu gün hələ də sıfır balansına çatmayıb. Biz hələ də borcu geri ödəyirik. Qaz satışından əldə etdiyimiz vəsaiti borcun ödənilməsinə sərf edirik. Beləliklə, bunlar Avropa ilə Azərbaycan arasında qaz əməkdaşlığına dair bizim həll etməli olduğumuz iki ən önəmli məsələdir”.


SON XƏBƏRLƏR