Rusiyanın Sankt-Peterburq şəhərindəki Poroxovskoye qəbiristanlığında "Vaqner" muzdlularının müəmmalı aviaqəzada ölən rəhbəri Yevgeni Priqojinin abidəsi qoyulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SOTA məlumat yayıb.
Abidənin quraşdırılması ilə bağlı kadrları dərc edən nəşr diqqəti Priqojinin pencəyinin sol tərəfində üç ulduzun görünməsinə yönəldib.
Məlumdur ki, sağlığında Priqojin "Rusiya Qəhrəmanı", eləcə də “Luqansk XR” və “Donetsk XR” ulduzları ilə təltif edilib.
Rəsmi açılış iyunun 1-də Priqojinin doğum gününə planlaşdırılıb.
















