• Bakı 25° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Problemimiz rəqabət deyil, gömrük orqanıdır" - Fazil Mustafa

CƏMİYYƏT

02 Oktyabr 2023 | 15:47

"Problemimiz rəqabət deyil, gömrük orqanıdır" - Fazil Mustafa

“Rəqabət məcəlləsi ölkənin biznes mühiti üçün yaxşı ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Fazil Mustafa deyib.

“Əsas məsələ odur ki, rəqabət mühiti effekt verə bilərmi? Yəni bu məcəlləni qəbul edirik, ancaq işləyəcəkmi? Elə etməliyik ki, haqsız rəqabət götürülsün. Yoxsa hər kəs biləcək ki, məcəllə var, amma  baxıb tədbiq etməyəcəklər. Bu da məişət zorakılığındakı kimi olmasın. Yaxın günlərdə Sumqayıtda politolien torba istehsal edən şirkətə getdim. Gördüm ki, uzun müddətdir bağlıdır. Dedim sizin probleminiz nədir? Dedilər, bizim problemimiz rəqabət deyil, gömrük orqanıdır.Malımız gecikir. Digər məsələ qazdır. Məsələn, sahibkardan beş metr uzağa qaz xətti qoyurlar, orada problem olduqda da sahibkara ödətdirirlər. Belə olan yerdə bu adam necə istehsal etsin, rəqabət aparsın?”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026