"Vitamin C-ni yüksək dozada verməyin"
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin canlı yayımında deyib.
Onun sözlərinə görə, Vitamin C xəstəliyin qarşısını almır. T.Əyyubov qeyd edib ki, uşağa yüksək miqdarda Vitamin C verməyin mənası yoxdur.
“Onun özünün də toksik xüsusiyyəti var. Xəstəlikdən 2 gün sonra etsəniz, yüngülləşdirə bilər, ancaq tam qarşısını almır. Ona görə, sağa-sola Vitamin C verməyin, təsir etmir”, - deyə pediatr qeyd edib.
Aytac Aslan










jpg-1701428070.webp)





