"Bu gün pediatrların ən yaralı yeri türkəçarədir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov nazirliyin canlı yayımında deyib.
"Məsələn, götürək elə öskürəyi. Bütün dünyada təsdiq olunub ki, öskürəyin ən yaxşı dərmanı bal və süddür” deyən T.Əyyubov bildirib ki, bundan başqa, qrip əleyhinə preparatlar, immunitet artıran şeylər və s. yanlışdır. Onun sözlərinə görə, immuniteti artıran hər hansı dərman olsa idi, doğulanda hamıya bir tabletka verilərdi ki, heç kəs xəstələnməsin: “Əgər immuniteti artıran dərman olsa idi, onu yaradana Nobel Mükafatı verilərdi”.
Ekspert seyib ki, bunlar hamısı marketinq hiyləsidir.
“İnsanın xəstələnməsinin qarşısını almaq müalicə etməkdən daha ucuz başa gəlir”, - deyə Tərlan Əyyubov vurğulayıb.
Aytac Aslan









jpg-1701428070.webp)






