Son zamanlar Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi görüşlərdə hərəkətləri onun xəstə olması barədə söz-zöhbətlərə rəvac verib.
Bakıvaxtı.az xəbər verir, onun taxik həmkarı İmamali Rahmanla görüşündə təkrarladığı hərəkətlər bu iddilaları yenidən gündəmə gətirib. Rəsmi danışıqlarda belə əlini masaya dayaması onun bunu əlinin əsməsini gizlətməsi üçün etdiyi deyilir. Putinin dünya liderləri ilə görüşlərdə bir ayağını daim qaldırıb tərpətməsi də bu iddiaları dəstəkləyir.
Qeyd edək ki, bu yaxınlarda ortaya çıxan səs yazılarında Kremllə yaxın əlaqələri olan bir oliqarxın Qərbdəki iş ortağına Putinin qan xərçəngi olduğunu söylədiyi xəbərləri yayılıb. Rusiya liderinin səfərlərə xərçəng sahəsində mütəxəssis olan həkimlərlə getməsi də diqqətçəkən məqam olub.
Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Vladimir Putin ayaqlarını daim hərəkət etdirərək bir an belə masanı buraxmayıb.
Mayın 9-da keçirilən mərasimlərdə Putinin ayaqlarını odeyalla örtməsi qeyri-ixtiyari hərəkətləri gizlətmək kimi qəbul edilib.
Aytac Aslan


















