Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirir.
Bakıvaxtı.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, iclasda Ukraynada davam edən hərbi əməliyyatlar müzakirə olunur.
Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya sərhədinin qərb hissəsi zirehli texnikanın hesabına möhkəmləndirilib. Nazir Rusiyanın NATO ilə qərb sərhədlərini gücləndirəcəyini də açıqlayıb.
Onun Ukraynadakı müharibəyə könüllülərin cəlb olunması təklifini bəyənən Vladimir Putin müharibəyə könüllülərin cəlb edilməsinə razılıq verib.
Rusiya Prezidentii müdafiə nazirinin Donetsk və Luqanskdakı separatçılara qənimət silah və texnikanın verilməsi təklifini də bəyənib.
Aytac Aslan
















