Rusiya Prezidenti Vladimir Putin "Sberbank"ın baş qərargahında süni intellektlə bağlı konfransa qatılıb.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin sərgi ilə tanış olub, ona şirkətin istehsal etdiyi smart cihazlar nümayiş etdirilib.
Putinə ağıllı üzük və digər Sber qadcetləri göstərilib. Üzük GigaChat neyron şəbəkəsindən istifadə edərək insanın biometrik parametrlərini uzaqdan toplamağa və onları şərh etməyə imkan verir. Üzük stress səviyyələrini də qeyd edə bilər.
Putinə “ağıllı üzük”lə yanaşı zürafə şəklində ağıllı tibbi kamera da nümayiş etdirilib.