• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Putinin Türkiyə səfərinin gündəliyi məlum oldu

SİYASƏT

02 Fevral 2024 | 15:22

Putinin Türkiyə səfərinin gündəliyi məlum oldu

Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinin gündəliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlarının əsas mövzusunu ikitərəfli əməkdaşlıq, regional gündəm və Ukrayna məsələsi təşkil edəcək.

"Hər bir görüş gündəm baxımından çox dolğundur. Bu, ilk növbədə ikitərəfli Rusiya-Türkiyə münasibətləri, ticari-iqtisadi əməkdaşlığımızdır. Əlbəttə ki, regional problem və Ukrayna da müzakirə olunur", - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026