• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aybəniz Haşımova bacısından DANIŞDI

MƏDƏNİYYƏT

20 Iyul 2023 | 10:12

Aybəniz Haşımova bacısından DANIŞDI

“Onu anamdan, atamdan çox sevirdim. Şahnaz xanım ilk qucağında ovudulduğum, üzümə açılan qolların sahibidir . Bir dəfə də  xəstəxanaya düşərək  məni çox qorxutmuşdu".

Bakıvaxtı.az xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova bu sözləri sosial şəbəkə hesabında paylaşıb. 

"Tez evə qayıt, körpə kimi qollarına atılım. Əllərinlə saçıma tumar çək. Laylamı çal bacım, sənə gələn bütün qada-bəla mənim canıma gəlsin. Sənə heç nə olmasın. Bütün xalq səni gözləyir, dua edir. Sən çox yaşa ki, xalqın musiqi səsi, sənsiz qalmasın”.-deyə bildirib.

Qeyd edək ki, ötən gün Ş.Haşımova  beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Gəncə şəhərindəki  Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilib. 

Xəyalə Rza 


Aybəniz Haşımova bacısından DANIŞDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026