• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Qalatasaray"ın baş məşqçisindən İkardi açıqlaması

İDMAN

20 Avqust 2022 | 13:17 | Müəllif: Subhan Mahmudov

"Qalatasaray"ın baş məşqçisindən İkardi açıqlaması

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Mauro İkardinin komandaya mümkün transferindən danışıb.

Bakıvaxtı.az Offsideplus.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis PSJ-nin ulduzu ilə əlaqə saxladıqlarını təsdiqləyib. Buruk 29 yaşlı hücumçu və klub arasında bir irəliləyiş olmadığını dilə gətirib:

"Hücum xəttini gücləndirmək istəyirik. Ehtiyacımız var. Əlimizdəkilərdən daha fərqli bir oyunçu tapsaq, yaxşı olardı. İkardinin adı hallanıb, önəmli futbolçudur. Klubundan ayrılıb-ayrılmayacağını və ya Türkiyəyə gəlib-gəlməyəcəyini bilmirik. Çox yüksək məbləğdə maaş alan oyunçudur. Bu maaşın Türkiyədə verilməsi çətin işdir. O və bizim aramızda bir irəliləyiş olmadı".

Qeyd edək ki, PSJ-dən ayrılmaq istəyən Mauro İkardinin "Qalatasaray"a keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı. Argentinalı futbolçunun Paris təmsilçisi ilə sözləşməsinin müddəti 2024-cü ilə qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026