• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Boksçularımız beynəlxalq turnirdə 4 medal qazandı

İDMAN

19 Sentyabr 2022 | 10:17

Boksçularımız beynəlxalq turnirdə 4 medal qazandı

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, 21 ölkədən 189 idmançının mübarizə apardığı yarışı Azərbaycan millisi 4 medalla başa vurub.

Hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) finalda digər hindistanlı Vişvanat Sureşlə üz-üzə gəlib. Döyüşdə rəqib qələbə qazandığından Babayev gümüş medala yiyələnib.

Yığmanın ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də turniri ikinci yerdə bitirib. Ukraynalı Mikita Maliuta və qazaxıstanlı İvan Yermolenko üzərində qələbə qazanan boksçu finalda ukraynalı Aleksandr Zelinski ilə qarşılaşıb.

Görüşdə rəqib qalib gəldiyindən Əlizadə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Beləliklə, yığma turniri 2 gümüş və 2 bürünc medalla başa vurub. Komandanın heyətində daha əvvəl Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) 3-cü yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026