• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Suqovuşanda kayak və kanoe yarışı keçiriləcək - VİDEO

İDMAN

18 Oktyabr 2022 | 12:30

Suqovuşanda kayak və kanoe yarışı keçiriləcək - VİDEO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ənənəvi “Mingəçevir Reqatası”nı yenidən bərpa edir.

Bakıvaxtı.az  xəbər verir ki, 21-23 oktyabrda təşkil olunacaq reqatada 15-dək ölkə iştirak edəcək. Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları çempionluq uğrunda mübarizə aparacaq. 

Reqatanın rəsmi açılış mərasimi və yarışların birinci günü Suqovuşanda baş tutacaq. 

Komandalar oktyabrın 21-i Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcək. Qeyd edək ki, bu AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022” beynəlxalq reqatasını  Suqovuşanda təşkil edib.

22-23 oktyabrda isə “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026