İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İSTAD) tərəfindən Qarabağ zəfərinin 2-ci ildönümü münasibətilə Kadıköydə bayram tədbiri keçirilib.
İSTAD-dan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir Qarabağda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, İstiqlal Marşı və Azərbaycan Himninin oxunması ilə başlayıb.
TADEF-in sədr müavini Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağasoy, TDSP sədri Serdar Şahin, Kartal Bələdiyyəsinin sədri Vəkili Gülcemal Fidan, Ardahan İl Dərnəyinin Fəxri Sədri Əhməd Demirbaş, İSTAD Qadın təşkilatının sədri Nebahat Ayrım Kirman çıxış edərək Zəfər gününün məna və əhəmiyyətindən danışıbıar.
İSTAD sədri Səfər Qaraqaoyunlu həmişə Azərbaycanın yanında olduqlarını deyərək, bundan sonra da belə olacağını vurğulayəb. O, Qarabağda şəhid olanlara Allahdan təhmət diləyibhər zaman meydan, qazilərə cansağlığı arzulayıb.
Qaraqoyunlu bildirib ki, dünya ictimaiyyətinin bir qismi bu işğal qarşısında kor və kar olsa da, işğal olunmuş torpaqlar böyük qəhrəmanlıqlar nəticəsində və Türkiyə Cümhuriyyətinin mənəvi dəstəyi ilə. azad olundu.
Nuranə Daxilqızı

















