• Bakı 22° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Qarabağ"ın qapıçısı və yarımmüdafiəçisi UEFA statistikasında liderdir

İDMAN

23 Fevral 2024 | 10:45

Qarabağın qapıçısı və yarımmüdafiəçisi UEFA statistikasında liderdir

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Bakıvaxtı.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır.

Rusiyalı qolkiper 37 "seyv" edib. Kiprin "Aris" klubundan Vana Alves (30) ikinci, Polşanın "Rakuv" kollektivindən Vladan Kovaçeviç (27) üçüncü yeri tutub.

"Köhlən atlar"ın braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur. O, 27 dəfə buna müvəffəq olub. Serbiyanın “Baçka Topola” klubundan Milan Radin (22) ikinci, "Aris"dən Culius Szoke (20) üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.


SON XƏBƏRLƏR