• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qarabağ"ın üç legioneri milliyə dəvət aldı

İDMAN

05 Sentyabr 2023 | 10:43

"Qarabağ"ın üç legioneri milliyə dəvət aldı

"Qarabağ" klubunun legioner futbolçuları milli komandalara dəvət alıblar.

Ağdam təmsilçisindən Bakıvaxtı.az-a verilən məlumata görə, monteneqrolu Marko Yankoviç sentyabrın 7-də Litvaya, üç gün sonra Bolqarıstana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya cəlb edilib.

Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. O, sentyabrın 10-da Toqo yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü üçün dəvət alıb.

Qeyd edək ki, daha əvvəl qapıçı Luka Quqeşaşvili Gürcüstan yığmasından dəvət almışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026