• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

"Qarabağ"ın yeni transferi ilə bağlayacağı müqavilənin müddəti

İDMAN

24 Yanvar 2023 | 15:48

Qarabağın yeni transferi ilə bağlayacağı müqavilənin müddəti

"Qarabağ"ın Albaniya millisinin və "Tirana" klubunun futbolçusu Redon Cica ilə bağlayacağı müqavilənin müddəti bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, 25 yaşlı hücumçu 3,5 illik sözləşməyə imza atacaq.

Klub rəsmisi bildirib ki, təcrübəli forvard bu gün tibbi müayinədən keçəcək: "Heç bir problem aşkarlanmasa, onunla münasibətlər rəsmiləşdiriləcək".

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.


SON XƏBƏRLƏR

24 Aprel 2024