Qax rayonunda 31 yaşlı kişinin asılmış meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Türkəndi kəndində qeydə alınıb.
Həvəskar idmançı Təriqət Mürsəlovun meyiti çayın kənarındakı alça ağacından asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır(qafqazinfo).
















