• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldılar

CƏMİYYƏT

13 Sentyabr 2023 | 20:08 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldılar

Naxçıvan Sağlamlıq Mərkəzinin vəzifəli şəxsləri işdən azad ediliblər.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Babayev işdən çıxarılıb.

Eyni zamanda S.Sadıxovun digər əmri ilə mərkəzin baş həkimin vəzifələrini müvəqqəti icra edən Mətanət Səfərova və baş mühasib Samil Əliyev işdən azad olunublar./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR