• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qazaxda altı ay əvvəl çəkilən yol ÇÖKDÜ

CƏMİYYƏT

19 Aprel 2021 | 18:44

Qazaxda altı ay əvvəl çəkilən yol ÇÖKDÜ

Qazax şəhərində altı ay əvvəl çəkilən yol çöküb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, şəhərdə küçələrinin birində yol təzə təmir olunsa da, artıq çöküb.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, qurum şəhərdaxili yollara nəzarət etmir:

“Orada yaranan hər hansı bir problemə cavabdehlik daşımırıq. Digər tərəfdən də şəhərlərdə bütün kommunikasiya xətləri yolların altı ilə keçir. Bir ərazidə iki kvadratmetrlik ərazidə yaranan problemin bütün yola aid edilməsi düzgün deyil.

Yolun hər hansı bir hissəsində 2-3 metrlik problemin olması o yolun keyfiyyətli çəkilməməsi demək deyil”.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026