• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Qazaxıstan Rusiya ilə sərhədini bağlayıb?

DÜNYA

26 Sentyabr 2022 | 17:28

Qazaxıstan Rusiya ilə sərhədini bağlayıb?

“Qazaxıstanın Rusiya ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələri normal qaydada fəaliyyətini davam etdirir”.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi yayıb.

Bildirilir ki, Rusiya tərəfindən məntəqələrin bağlanması barədə məlumat daxil olmayıb.

Qeyd edilir ki, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı məlumat yayılsa da, Qazaxıstanın bütün sərhəd-keçid məntəqələri adi qaydada işləyir.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Ölkənin hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.


SON XƏBƏRLƏR