• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Qəbələ" Premyer Liqada 200-cü dəfə məğlub olub

İDMAN

27 Oktyabr 2025 | 10:37 | Müəllif: Əli Hüseynov

"Qəbələ" Premyer Liqada 200-cü dəfə məğlub olub

"Qəbələ" Premyer Liqada 200-cü dəfə məğlub olub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" Misli Premyer Liqasının IX turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. "Qəbələ" Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız "Kəpəz", "Turan", "Şamaxı", "Neftçi" və "Sumqayıt" daha çox görüşdə xalsız qalıb.

Qeyd edək ki, "Qəbələ"nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də "MKT-Araz"la səfər matçına təsadüf edib – 1:4.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026