• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Qəbələdə meşə yanğınları davam edir

CƏMİYYƏT

16 Avqust 2021 | 18:27 | Müəllif: Subhan Mahmudov

Qəbələdə meşə yanğınları davam edir

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, ərazidə, əsasən, kol-kos və qismən ağaclar yanır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.

Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti ilə müşayiət olunan çətin əməliyyat şəraitinə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026