• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra..." - NAZİRLİK

CƏMİYYƏT

15 Sentyabr 2021 | 15:20

"Bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra..." - NAZİRLİK

“Pandemiya dövründə tədrisin necə təşkil olunması ilə bağlı Səhiyyə Nazirliyinin qaydaları var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, valideynlər hər gün övladları ilə söhbət etməlidirlər: “Övladının səhhətində problem olan valideyn onu məktəbə göndərməməlidir. Delta ştamının sürətlə yayıldığını nəzərə alaraq, ailədaxili yoluxma halları müşahidə oluna bilər. Odur ki, valideyn evdə övladının bədən hərarətini mütəmadi yoxlanılmalıdır”.

T.Eyvazov xatırladıb ki, bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra missiya sindromu yarana bilər: “Yoluxma halları uşaqlar arasında adətən ağırlaşma səbəb olmur. Məktəblərin açılması kütləviliyin olması deməkdir. Uşaqların yoluxmaması üçün bütün lazımi addımlar atılmalıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026