• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qəhvə içmək bu xəstəlik riskini azaldır

CƏMİYYƏT

27 Mart 2024 | 10:09

Qəhvə içmək bu xəstəlik riskini azaldır

Qəhvə içənlərin bağırsaqlarında yenidən böyüyən xərçəng şişləri riski daha azdır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Hollandiyada keçirilən araşdırmanın nəticəsində qeyd olunur.

1719 nəfər arasında aparılan müşahidə gündə ən azı iki fincan qəhvə qəbul edən kolorektal xərçəngi olan xəstələrin gələcəkdə təkrar xərçəng olma ehtimalının daha az olduğunu müəyyən edib.

Qeyd edək ki, gündə bir neçə fincan qəhvə içmək də erkən ölüm ehtimalını azaldır.

Bunun bağırsaq xərçənginin son mərhələsində olanlar istisna olmaqla, bütün xəstələr üçün doğru olduğu müəyyən edilib.

Bu gün bağırsaq xərçəngi xəstələrin 30%-də müalicədən sonra təkrarlanır. Bu o deməkdir ki, Hollandiyadakı son tapıntılar daha geniş tədqiqatlarla təsdiqlənərsə, qəhvə bir gün bəzi xərçəng xəstələrinin həyatını dəyişdirən dərman kimi tanınacaq.

Tədqiqatın nəticələrinə görə, gündə iki fincandan az qəhvə içən kolorektal xərçəng xəstələri ilə müqayisədə, gündə ən az beş fincan qəhvə içənlərin növbəti altı ildə xəstəliyinin təkrarlanma ehtimalı 32 faiz daha azdır.

Hollandiyanın Wageningen Universitetinin alimlərinin rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupuna görə, eyni vaxtda eyni qədər qəhvə içənlərin ölüm riski arasında açıq-aşkar əlaqə var. Hollandiya araşdırması qəhvə içməyin təkcə sağ qalma nisbətlərinə deyil, həm də təkrarlanma nisbətlərinə necə təsir etdiyini araşdıran ilk tədqiqatlardan biridir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026