• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzaya düşən PFL prezidenti TÜRKİYƏYƏ APARILIR

CƏMİYYƏT

16 Dekabr 2023 | 13:15

Qəzaya düşən PFL prezidenti TÜRKİYƏYƏ APARILIR

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Hadisə nəticəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ciddi bədən xəsarətləri alıb.

Bakıvaxtı.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR