İsrail ordusu Qəzzada yaşayış binalarını bombalayıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, İsrail döyüş təyyarəsi Qəzza zolağının şimalındakı Legitim Beyt Lahiya bölgəsində Kemal Advan xəstəxanası yaxınlığındakı 3 mərtəbəli binanı bombalayıb.
Hücum zamanı bina tamamilə dağılıb. 18 nəfərin həyatını itirdiyi, 12 nəfərin isə hələ də dağıntılar altında qaldığı bildirilib.
Bundan başqa,İsrailin Nusayrat Qaçqınlar Düşərgəsinin cənub-qərbindəki Safin bölgəsində bir yaşayış binasını bombalaması nəticəsində 7 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Hadisə şahidləri qeyd edib ki, vətəndaşlar və xilasetmə qrupları dağıntılar altında qalanların axtarışlarını davam etdirir.
Mina Mikayılova