• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qəzzadan xəbər var: bu gecə...

DÜNYA

14 Avqust 2024 | 11:42 | Müəllif: Əli Hüseynov

Qəzzadan xəbər var: bu gecə...

İsrailin Qəzzaya gecə boyu davam edən hücumlarında ən azı 21 fələstinli həyatını itirib.

Bakıvaxtı.az bu barədə Fələstin mediasına istinadən xəbər verir.

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində bir evi bombalaması nəticəsində ən azı 4 mülki vətəndaşın, şərqindəki Beni Süheyla qəsəbəsində isə snayperlərin açdığı atəş nəticəsində 2 mülki şəxsin həlak olduğu bildirilib. 

Xəbərdə Qəzzanın cənubundakı Rəfah şəhərinin Tel Sultan məhəlləsinə edilən hücumlarda ən azı 3 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı da qeyd edilib.

Diqqətə çatdırılıb ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 929 fələstinli həyatını itirib, 92 min 240 nəfər isə yaralanıb.

Əli Hüseynov

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR