• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qida məhsulları ilə bağlı tələblərə dəyişikliklər edildi

CƏMİYYƏT

20 Fevral 2023 | 14:52

Qida məhsulları ilə bağlı tələblərə dəyişikliklər edildi

Azərbaycana qida məhsullarının idxalı zamanı artıq “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən” sənədlər də tələb ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 4 mart tarixli sərəncamında dəyişiklik edilib.

Dəyişikliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış tələbi aradan qaldırılıb.

İndiyədək ancaq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış tələb edilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026