• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qırğızıstan Tacikistanın sərhəddəki itkilərini açıqladı

DÜNYA

19 Sentyabr 2022 | 14:40

Qırğızıstan Tacikistanın sərhəddəki itkilərini açıqladı

"Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurmalar nəticəsində Tacikistanın 200-dən çox hərbçisi həlak olub, 400-ə yaxını isə yaralanıb".

Bakıvaxtı.az Tacikistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov mətbuat konfransında deyib.

Son məlumatlara əsasən, iki ölkə arasında toqquşmalar nəticəsində 59 qırğızıstanlı ölüb, 163 nəfər isə yaralanıb. Onların neçəsinin hərbçi və mülki vətəndaş olduğu barədə rəsmi məlumat yoxdur.

Tacikistan rəsmiləri isə 35 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026