• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qızılcadan ölən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR

CƏMİYYƏT

03 Dekabr 2023 | 19:05 | Müəllif: Subhan Mahmudov

Qızılcadan ölən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR

2021-ci il təvəllüdlü azyaşlı Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, azyaşlı 30.11.2023-cü il tarixində saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.Xəstə süni tənəffüs aparatına qoşulub.

Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və 02.12.2023-cü il tarixində saat 17:00-da bioloji ölüm baş verib.

Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026