• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qlobal istiləşmə böyrək daşı riskini artırır 

DÜNYA

12 Yanvar 2022 | 02:44 | Müəllif: Qalib İbrahimoğlu

Qlobal istiləşmə böyrək daşı riskini artırır

ABŞ-da aparılan bir araşdırma iqlim böhranı ilə əlaqədar artan temperaturun böyrək daşı olan xəstələrin sayının artmasına səbəb olacağını müəyyən edib.

 Bakıvaxtı.az xəbər verir ki, Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçıları istixana qazı emissiyalarının səviyyəsinin dəyişməsindən aslı olaraq, böyrək daşı olan insanların sayının artacağını bildirib.

Tədqiqatçılar əsrin sonuna qədər Cənubi Karolina ştatında istilik və rütubətlə bağlı böyrək daşı olan insanların sayının artacağını müəyyən etmək üçün iki iqlim ssenarisindən istifadə ediblər.

Modelləşdirilən birinci ssenaridə 2100-cü ilə qədər orta temperaturun 2,3 dərəcə, ikinci ssenaridə isə 3,6 dərəcə artması ehtimalı araşdırılıb.

Nəticəyə görə, böyrək daşı olan insanların sayının yüzdə 2,2 ilə 3,9 faiz arasında artacağı, hər iki göstəricinin isə xəstələrin sayının çoxalmasına səbəb olacağı və buna görə sağlamlıq xərclərinin də artacağı proqnozlaşdırılır.

Müxtəlif iqlim modeli tədqiqatlarının nəticələri göstərir ki, əsrin sonuna qədər orta temperatur 1,1 dərəcə ilə 5,4 dərəcə daha isti ola bilər./aztibb.az/

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR