Qrenlandiya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın adaya nəzarətlə bağlı açıqlamalarına sərt reaksiya verib.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bununla bağlı Qrenlandiyanın baş naziri Mute Egede açıqlama verib.
O, Qrenlandiyanın azadlığını qoruyacağını və torpaqlarının müzakirə olunmayacağını vurğulayıb.
"Qrenlandiya satılmır və heç vaxt da olmayacaq. Qrenlandiya bizimdir. Biz satılmırıq və azadlığımızı itirməməliyik", - deyə nazir qeyd edib.
Gülşən Şərif