• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində görüşlər keçirdi

DÜNYA

30 Sentyabr 2022 | 10:41

Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində görüşlər keçirdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında görüşlər keçirib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi "Facebook" hesabında bildirib.


“Vaşinqtona səfərim çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlərim oldu”, - Qriqoryan deyib.

O, görüşlə bağlı detalları açıqlamayıb.

Bundan əvvəl Qriqoryan Pentaqonda ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR