• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Quba-Xaçmaz yolunda baş vermiş dəhşətli qəzanın səbəbləri məlum olub

HADİSƏ

25 Avqust 2021 | 19:28 | Müəllif: Subhan Mahmudov

Quba-Xaçmaz yolunda baş vermiş dəhşətli qəzanın səbəbləri məlum olub

Bugün səhər saatlarında Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzanın səbəbləri və qəzada həlak olanların şəxsiyyəti müəyyən edilib. 

Bakıvaxtı.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polis əməkdaşları tərəfindən aprılan ilkin araşdırmalara görə Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurub. Sürücünün idarəetməni itirməsi səbəbindən   avtomobil yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə həmin maşında olan sürücü  və Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova həlak olublar.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026