Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə yeniyetmə batıb.
Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.
“İyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - deyə FHN-nin məlumatına bildirilir.