• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada üzərində "patı" aşkarlanan dəstə üzvləri saxlanılıb

HADİSƏ

24 Avqust 2021 | 11:07

Qubada üzərində "patı" aşkarlanan dəstə üzvləri saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində içərisində qadın üzvləri də olan dəstə ifşa olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Bakıvaxtı.az-a bildirib ki, Xaçmaz rayon sakini Elxan Əlifxanov, Bakı şəhər sakinləri Sərxan Ramazanov, H.Rzayeva və Ə.Rəsulova saxlanılıblar. Həmin şəxslərin üzərinə və yığışdıqları Qəçreş yaşayış massivindəki evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Qubada üzərində "patı" aşkarlanan dəstə üzvləri saxlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026