• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qüdrət Həsənquliyev Zəfər gününün tarixinin dəyişdirilməsini TƏKLİF EDİR

CƏMİYYƏT

15 Mart 2024 | 15:27 | Müəllif: Qalib İbrahimoğlu

Qüdrət Həsənquliyev Zəfər gününün tarixinin dəyişdirilməsini TƏKLİF EDİR

“Tənqid ümumi işin xeyrinə olsa da, onu heç kim xoşlamır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, tənqid olmasa, müzakirələrin gedişi parlamentin hökumətə hesabatı təsiri bağışlaya bilər.

“2023-cü ildə sərhədlər bağlı olub. Adambaşına düşən ümumi məhsulun həcmi 2.1 faiz olub. Bu, Avropadan on dəfə azdır” deyən Q.Həsənqulieyv bildirib ki, əgər islahatlara getməsək, Avropa kimi yaşamaq vətəndaşlara xəyal olaraq qalacaq.

Deputat qeyd edib ki, bunlara baxmayaraq, 2023-cü il Azərbaycan tarixində uğurlu qalacaq, çünki suverenliyimiz tam bərpa oldu.

“Təklif edirəm ki, 20 sentyabr Qələbə günü kimi bayram gününə daxil olsun, ya da Zəfər günü 20 sentyabra dəyişdirilsin”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026