• Bakı 21° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Quru sərhədlərin açılması ilə bağlı ÇAĞIRIŞ

CƏMİYYƏT

05 Aprel 2022 | 14:57 | Müəllif: Qalib İbrahimoğlu

Quru sərhədlərin açılması ilə bağlı ÇAĞIRIŞ

“Rusiyada təyyarə biletlərinin kəskin bahalaşmasına görə bu ölkə ilə quru sərhədlərin açılmasına ehtiyac var”.

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a Rusiyada təyyarə biletlərinin kəskin bahalaşmasına münasibət bildirərkən deyib.

Rusiyadan bütün istiqamətlərə təyyarə biletinin qiymətinin artdığını deyən N.Cəfərli bildirib ki, bu da sanksiyalarla əlaqəlidir.

Onun sözlərinə görə, Rusiyanın 500-dən çox təyyarəsi başqa ölkələrə uça bilmir. Ancaq yerli istehsalı olan təyyarələr uça bilir: “Ona görə, təyyarə çatışmazlığı qiymətləri də artırıb. Azərbaycan isə öz təyyarələri ilə uçmur. Çünki Rusiya ərazisində beynəlxalq təyyarələrin sığortalanması qaydaları işləmir. Bu səbəbdən, müəyyən çətinliklər var. Ola bilər ki, bu problemin həllindən sonra Azərbaycanın öz təyyarələri uçsun”.

Ekspert qeyd edib ki, bu zaman qiymətlərin aşağı düşməsi mümkündür. N.Cəfərlinin sözlərinə görə, amma ən yaxşı qərarlardan biri o olar ki, Rusiya və Gürcüstan məsələlərinə görə quru sərhədlər açılsın. Müsahibimiz hesab edir ki, quru sərhədlərin açılması vətəndaşların gediş-gəlişini xeyli yaxşılaşdıra bilər. “İndiki epidemeloji vəziyyət də yaxşıdır. Ümumiyyətlə, COVID-19 məhdudiyyətləri tamamilə aradan qaldırılmalı, o cümlədən, sərhədlərin açılması məsələsi həllini tapmalıdır”, - deyə Natiq Cəfərli vurğulayıb.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR