• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qusar və Xaçmazda ev YANDI

HADİSƏ

03 Avqust 2021 | 12:58

Qusar və Xaçmazda ev YANDI

Qusar və Xaçmazda ev yanıb.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, Qusar rayonunun Hil kəndində ümumi sahəsi 124 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz rayonunun Armudpadar kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın, mətbəxin yanar konstruksiyaları 47 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026