• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Quyudakı ölümün səbəbi MƏLUM OLDU

CƏMİYYƏT

04 Iyul 2023 | 13:58

Quyudakı ölümün səbəbi MƏLUM OLDU

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin baş vermə səbəbi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Həsən Ağayev Dəstə kəndində yerləşən evinin həyətindəki quyuda quraşdırılmış su mühərrikini təmir etmək istəyib. O, quyuya endikdən sonra orada yaranmış oksigen çatışmazlığı səbəbindən boğulmağa başlayıb. H.Ağayev quyunun dibində hava çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, H.Ağayevin meyitini FHN əməkdaşları çıxararaq təhvil veriblər.  /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026