• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ramiz Ələkbərov: Taliban BMT-dən qalmağı xahiş edir

DÜNYA

20 Avqust 2021 | 16:21

Ramiz Ələkbərov: Taliban BMT-dən qalmağı xahiş edir

Taliban BMT -yə dəstəyini ifadə edib və təşkilatın ölkədə qalmasını, humanitar fəaliyyətini davam etdirməsini xahiş edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı humanitar məsələlər üzrə koordinatoru Ramiz Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, BMT-nin Əfqanıstandakı humanitar ofisi ilə Taliban arasında qarşılıqlı əlaqə 18 ildir davam edir: "Bütün bu müddət ərzində onlarla birlikdə çalışdıq. Fəaliyyətin həyata keçirilməsi üçün qarşılıqlı əlaqələr qurulub".

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026