Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Bu barədə AMEA mətbuat xidməti məlumat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, bir qədər əvvəl saxlanılan və barəsində 30 sutka həbs qərarı verilən AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin qohumu (baldızının oğlu) olmasına dair məlumatlar yayılıb.
"Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir. Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, - deyə məlumatda vurğulanıb.
Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi vəzifəsində çalışıb.
Mehdiyevin xanımının milliyəti ilə bağlı AMEA-dan AÇIQLAMA
CƏMİYYƏT
15 Fevral 2022 | 17:57

SON XƏBƏRLƏR
25 Noyabr 2026















