• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qar avtomobil yollarında çətinliklər yaratdı - FOTO

CƏMİYYƏT

17 Mart 2022 | 15:56

Qar avtomobil yollarında çətinliklər yaratdı - FOTO

Azərbaycanda yağan qar yollarda çətinliklər yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, respublikanın bir sıra rayonlarında qarın yağması ilə əlaqədar DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də Bakı-Şamaxı-Yevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.

Bunula yanaşı, digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir.

"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir", - İdarədən bildirilib.


Qar avtomobil yollarında çətinliklər yaratdı - FOTOQar avtomobil yollarında çətinliklər yaratdı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR