• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynadan təxliyə edilən tələbələrin aqibəti necə olacaq?

CƏMİYYƏT

17 Mart 2022 | 17:11 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynadan təxliyə edilən tələbələrin aqibəti necə olacaq?

Fevral ayının 24-də Rusiyanın Ukraynaya hücumu və müharibənin başlanması səbəbi ilə ordakı həmvətənlərimizin ölkəyə təxliyəsi prosesi davam edir. Azərbaycan Respublikasının Baş naziri Əli Əsaədov parlamentə verdiyi hesabatda bildirib ki, indiyə qədər Ukraynadan 9 min 276 nəfər təxliyə olunub.

Qeyd etmək lazımdır ki, təxliyə olunanlar içərisində Ukraynada təhsil alan azərbaycanlı tələbələr də az deyil. Maraqlıdır, bu tələbələrin Azərbaycanda təhsilə cəlb olunması prosesi necə tənzimlənəcək?

Təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, Ukraynada vəziyyət normala dönsə, tələbələrin transferi gözlənilmir: “Düşünürəm ki, bunun üçün Təhsil Nazirliyi hələ müəyyən qədər gözləyəcək. Əgər hər şey normala qayıtsa, tələbələr yenidən təhsillərinə davam edəcəklər. Yox, əgər proses bu cür davam etsə, tələbələr transfer.edu.az saytı vasitəsi ilə oxuduqları təhsil müəssisəsindən müvafiq ixtisaslara keçid edə bilərlər”.

Onnu sözlərinə görə, əgər tələbələr attestat və digər illeqal vasitələrlə Ukraynada oxuyurlarsa, onlar boşda qalacaq: “Yəni, onları Azərbaycan universitetlərinə qəbul etmək çətin olacaq. Təbii ki, bu, mənim proqnozumdu, rəsmi qərarı Təhsil Nazirliyi verəcək”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026